
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran ordusunun elit bölməsi) sözçüsü general Əli Məhəmməd Naini ABŞ və İsrailin İslam Respublikası ərazisinə hava hücumları nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, SEPAH-ın mətbuat xidməti bu barədə məlumat verib.
“Müqəddəs Ramazan ayının son günündə sübh tezdən amansızcasına Amerika-sionist terror hücumunun qurbanı olan SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə müavini və sözçüsü general-mayor Əli Məhəmməd Naininin şəhid olduğunu dərin kədər və qürur hissi ilə elan edirik”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz