SEPAH BƏƏ-dəki ABŞ bazasına zərbə endirdiyini iddia edir


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) BƏƏ-də ABŞ-nin rəhbərlik etdiyi Dəfra hərbi bazasına zərbə endirdiyini iddia edir.
Yeniavaz.com
xəbər verir ki, hərbçilərin bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb.
“İsrail və ABŞ-yə qarşı “Əsl Vəd 4” əməliyyatının 66-cı mərhələsində Qüds, Hayfa və ABŞ-nin rəhbərlik etdiyi Dəfra bazasındakı hədəflərə uğurla zərbə endirdik. Hərbçilər hücumlarda Xorrəmşar, Qədr və Emad super ağır raketlərindən istifadə edib”, - bəyanatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top