Parçalar və bütövlər...


(Həyat dərsi)

Henri Ford hər səhər Nyu-Yorkun şimal hissəsindəki evindən çıxır, cənub hissəsindəki işinə piyada gedirdi. Gedəndə də fikrinə bütün yolun hamısını gətirmirdi. Yola başlayanda: “Bir küçə o tərəfdə bir gül dükanı var idi. Görəsən, bu gün vitrinində hansı güllər var”, - deyə düşünürdü.
Gül dükanını keçəndən sonra isə, “İki küçə o tərəfdə bir qəzet köşkü var idi. Görəsən, bu gün vitrinində hansı qəzetlər var”, - deyə fikirləşirdi. Qəzet köşkünü də keçəndən sonra, “Bir küçə o tərəfdə bir kitab dükanı var idi. Görəsən, bu gün vitrininidə hansı kitablar var”, - deyə düşünürdü.
Bu şəkildə hər dəfə özünə bir neçə yüz metrlik hədəf seçir və beləcə, bir neçə kilometrlik yolu asanlaşdırırdı. Əslində, onun gördüyü bu iş bütövü parçalara bölməkdən başqa bir şey deyildi.
Deməli, o yolu bölərək asanlaşdırdığı kimi, işi də bölərək asanlaşdıra bilərdi. Bu fikir Henri Fordun ağlına batdı və beləliklə, ilk dəfə indi konveyer dediyimiz, hərəkət edən lent üzərində avtomobil istehsal etmək üsulunu kəşf etdi.
Bu üsula görə bir avtomobil hərəkətdə olan bir lentin üzərində hərəkət edəcək, bir işçi bir-birinin ardınca hərəkət edən bu avtomobillərə eyni hissəni əlavə edəcək və hər işçi öz hissəsini əlavə etdikdən sonra da avtomobil hazır olacaqdı.
Üstəlik, hər işçi öz işinin bir hissəni əlavə etməkdən ibarət olduğunu bildiyi üçün bu işi daha asan (həm də daha sürətli) görəcəkdi. Və çox keçmədi ki, bu kəşf Henri Fordun özü kimi bütün dünyada məşhur oldu.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top