Bakıda 41 nömrəli marşrutda ödəniş nağdsız olacaq


Martın 23-dən Bakının Binəqədi qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 
Məlumata əsasən, marşrut üzrə 15 yeni “İsuzu” markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0,60 manat müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top