“Bu, seçkilərdən qısa müddət sonra yeni müharibəni qaçılmaz edə bilər” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə bəzi siyasi qüvvələrin yeni müharibəyə zəmin hazırladığını iddia edib.
Yeniavaz.com
“Armtimes”a istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.
Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, “müharibə tərəfdarı olan qüvvələr” getdikcə daha açıq şəkildə mövqe nümayiş etdirir.
Onun sözlərinə görə, bu qüvvələr formal olaraq sülhə qarşı çıxmadıqlarını desələr də, hakimiyyətə gələcəkləri təqdirdə mövcud sülh gündəliyini yenidən nəzərdən keçirmək niyyətində olduqlarını bildirirlər.
Baş nazir qeyd edib ki, belə yanaşma Ermənistan üçün yalnız ərazi deyil, həm də suverenlik itkiləri ilə nəticələnə biləcək müharibə riskini artırır: “Bu cür açıqlamalar kənar mərkəzlərdə hazırlanır və həmin şəxslər sadəcə onları səsləndirirlər”.
O vurğulayıb ki, bir çox siyasi qüvvələr “sülhün reviziyası” mövqeyindən çıxış edir ki, bu da seçkilərdən qısa müddət sonra – maksimum payızda yeni müharibəni qaçılmaz edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top