
“ABŞ vətəndaşlarını təhlükəsiz olduğu təqdirdə Səudiyyə Ərəbistanını kommersiya uçuşları ilə tərk etməyə çağırırıq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinin bəyanatında deyilir.
“Səudiyyə Ərəbistanının hava məkanı açıq qalır, lakin davam edən raket və dron təhlükəsinə qarşı durmaq üçün tez-tez hava nəqliyyatına məhdudiyyətlər tətbiq olunur”, - deyə səfirlik yaydığı bəyanatda bildirib.
Səfirlik həmçinin, bildirib ki, Krallıqda qalan ABŞ vətəndaşları Səudiyyə Ərəbistanının erkən xəbərdarlıq sisteminin tövsiyələrinə əməl etməlidirlər. Qeyd olunub ki, hazırda erkən xəbərdarlıq sistemi bəzən vaxtında bildiriş vermədiyi üçün həmişə etibarlı deyil.
Tətbiqimizi yükləyə bilərsiniz