ABŞ Xarq adasına quru qoşunları yerləşdirməyi nəzərdən keçirir


Ağ Ev İranla münaqişə fonunda Yaxın Şərqə minlərlə ABŞ əsgərinin yerləşdirilməsi məsələsini nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Yaxın Şərqə qoşunların yerləşdirilməsi Amerika tərəfinə əlavə imkanlar verə, eləcə də neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edə bilər.
Mənbələr bildirir ki, ABŞ qoşunları bu məqsədlə İran sahil xətti boyunca yerləşdirilə bilər.
Ağ Ev həmçinin İranın Xarq adasına quru qoşunlarının göndərilməsi variantlarını da müzakirə edir. Ancaq agentliyin mənbələrinin fikrincə belə bir əməliyyat çox riskli ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top