
Bu ilin yanvar ayı ərzində Azərbaycanda 7 min 788 doğulan körpə qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, doğulan körpələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% və ya 769 uşaq az olub.
Məlumat üçün onu da bildirək ki, bu il yeni doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Məryəm adı verilib.
Qeyd edək ki, 2026-cı ildə körpələrə ən çox aşağıdakı adlar qoyulub:
Uğur (105)
Məryəm (85)
Hüseyn (82)
İnci (79)
Melisa (78)
Raul (76)
Alisa (74)
Nilay (69)
Ayla (68)
Zəhra (66)
Aylin (64)
Əli (64)
Miran (58)
Zeynəb (56)
Yusif (52)
Murad (47)
Tunar (45)
Ayxan (45)
Fatimə (41)
Sevgi (40)
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz