Çempionlar Liqasının əsas favoritləri açıqlandı


“Opta” superkompüteri 1/8 final mərhələsinin cavab oyunlarından sonra 2025/2026 mövsümündə Çempionlar Liqasını qazanmağa əsas namizədləri açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Arsenal” klubu 29,73%-lə Avropanın ən nüfuzlu klub yarışını qazanmaq üçün əsas namizəd olub.
“Bavariya” klubu isə 18,33%-lə favoritlər siyahısında ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə 15,66%-lə “Barselona” tamamlayıb.
Çempionlar Liqası tituluna namizədlərin ilk beşliyi aşağıdakı kimidir:
1. “Arsenal” – 29,73%.
2. “Bavariya” – 18,33%.
3. “Barselona” - 15,66%.
4. PSJ - 11,87%.
5. “Real Madrid” - 9,85%.


Qeyd edək ki, PSJ Çempionlar Liqasının hazırkı qalibidir. Onlar keçən ilki finalda “İnter”i məğlub ediblər.

DİGƏR XƏBƏRLƏR

Top