Rusiyaya “Starlink” satan Azərbaycan vətəndaşına Latviyada 11 il iş verildi


Latviyada Azərbaycan vətəndaşı Əli Xəlilov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Yeniavaz.com Latviya mediasına istinadən xəbər verir ki, məhkəmə onu xarici dövlətə yardım məqsədilə mütəşəkkil cinayət qrupunda iştirak etməkdə və Avropa İttifaqının sanksiyalarını pozmaqda təqsirli bilib.
O, Rusiya ordusuna Ukraynadakı müharibə üçün avadanlıq tədarükündə iştirak ittiham olunur. İttihama əsasən, şəbəkənin əsas təşkilatçısı məhz Əli Xəlilov olub. Onun Riqada yaşadığı və əməliyyatlara rəhbərlik etdiyi bildirilir.
Məhkəmə qərarına görə, Xəlilov barəsində 3 il şərti cəza təyin edilib, həmçinin o, 5 il müddətinə Latviyaya giriş qadağası ilə ölkədən deportasiya olunacaq.
İstintaq materiallarında qeyd olunur ki, qrup “Starlink” peyk internet dəstləri və digər hərbi təyinatlı avadanlıqların alınaraq Rusiyaya göndərilməsini təşkil edib. Əməliyyatların ümumi dəyərinin təxminən 200 min avro olduğu bildirilir.
Prokurorluq Xəlilov üçün maksimum 12 il həbs cəzası tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top