ABB xarici bankın nəzarət səhm paketini alacaq


“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC xarici bankda iştirak payı (nəzarət səhm paketi) alacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat bankın paylaşdığı elanda yer alıb.
Qeyd edək ki, ABB 7 may 2026-cı il tarixində səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcəyi barədə elan paylaşıb. Açıqlanan məlumatda ABB-nin hansı ölkəyə məxsus bankdan pay alacağı barədə məlumat yer almayıb.
Aktivlərinə görə ölkənin ən böyük bankı olan ABB-nin səhmlərinin 88,54%-i Maliyyə Nazirliyinə, 3,64%-i Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22%-i “Aqrarkredit” QSC-yə, 7,6%-i isə adları açıqlanmayan digər səhmdarlara məxsusdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top