X-də “bəyənməmə” düyməsi də olacaq


Amerikalı milyarder, iş adamı İlon Mask “X” platformasına çoxdan gözlənilən “bəyənməmə” (“dislike”) düyməsinin əlavə ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, yeni funksiya istifadəçilərə platformadakı məzmuna mənfi rəy bildirməyə imkan verəcək.
Bununla belə, Mask qeyd edib ki, qruplar tərəfindən düymədən sui-istifadələrin və məzmuna kütləvi hücumların qarşısını almaq üçün mühüm məhdudiyyətlər tətbiq ediləcək.
Belə ki, spambot hücumlarının qarşısını almaq üçün “bəyənməmə” düyməsi yalnız təsdiqlənmiş hesablar üçün aktivləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top