
İsrail Hərbi Hava Qüvvələri Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinə zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, zərbə İranın Xəzər dənizindəki ən böyük limanı olan Bəndər Ənzəli şəhərindəki İran hərbi dəniz bazasına endirilib.
Zərbələr nəticəsində beşdən çox gəmiyə ziyan dəyib.
Portal qeyd edir ki, bu, İsrailin Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinə qarşı ilk hücumudur.
Tətbiqimizi yükləyə bilərsiniz