
Küveytin Mina Al-Əhmədi neft emalı zavodu dron hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.
Küveyt Neft Şirkətinin bildirdiyinə görə, hücum nəticəsində müəssisənin bir bölməsində kiçik yanğın meydana gəlib, xəsarət alan olmayıb.
Qeyd edək ki, Mina Al-Əhmədi neft emalı zavodu paytaxt Küveytdən təxminən 40 kilometr cənubda yerləşir.
Tətbiqimizi yükləyə bilərsiniz