Daha bir aviaşirkət Dubay və Ər-Riyada uçuşları dayandırıb


Honkonqa məxsus “Cathay Pacific” aviaşirkəti Dubay və Ər-Riyad istiqamətində bütün uçuşlarını 30 aprel tarixinədək ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Şirkət qərarın Yaxın Şərqdə artan gərginlik fonunda qəbul edildiyini açıqlayıb. Bildirilib ki, yaxın günlərdə uçuş cədvəlində əlavə dəyişikliklər də mümkündür.
Aviaşirkət vurğulayıb ki, sərnişinlərin təhlükəsizliyi əsas prioritet olaraq qalır.
Qeyd edək ki, İran ətrafında davam edən hərbi gərginlik regionda aviasiya sektoruna ciddi təsir göstərib. Bir sıra beynəlxalq aviaşirkətlər əsas nəqliyyat qovşaqlarına uçuşları ya təxirə salır, ya da tamamilə ləğv edir.

DİGƏR XƏBƏRLƏR

Top