Norveçdə vəliəhd şahzadənin oğlunun 8 ilə yaxın həbsi tələb olunur


Norveçdə prokuror Sturla Henriksbe vəliəhd şahzadə Mette-Maritin oğlu Marius Borq Heybinin yeddi il yeddi ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Heybi 38 cinayətdə ittiham olunur. Bunlar arasında təcavüz, məişət zorakılığı, ağır narkotik cinayətləri, öldürməklə hədələmə, qətimkan tədbirini pozma və digər cinayətlər var. O, bəzi ittihamları boynuna alsa da, ən ciddi ittihamları rədd edir.
Heybi 2 fevralda - məhkəmə başlamazdan bir gün əvvəl Osloda həbs edilib.
Məhkəmənin əvvəlcə 19 martda başa çatması planlaşdırılırdı, lakin hakimin xəstəliyi məhkəməni təxirə salıb.
Qeyd edək ki, 29 yaşlı Heybi şahzadə Mette-Maritin ögey oğludur. Onun heç bir kral titulu və ya rəsmi vəzifəsi yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top