
Bu ilin ilk 2 ayında Azərbaycana xarici ölkələrdən 22 milyon 994,3 min dollar dəyərində 3 min 556 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,5 dollar (11 manat) təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ölkəyə 5 min 338 ton kərə yağı gətirilib və 1 kiloqramının orta gömrük dəyəri 6,9 dollar (11,7 manat) olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz