
ABŞ-İsrail hücumları nəticəsində 20 min 617 iranlı yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Agentliyin açıqladığı statistikaya görə, hazırda 1111 nəfər xəstəxanaya yerləşdirilib, 19 min 506 nəfər isə sağalaraq evə buraxılıb.
Bildirilib ki, ABŞ və İsrailin İrana hücumları nəticəsində 227 qadın və 18 yaşdan kiçik 206 yeniyetmə həlak olub.
5 yaşdan kiçik 13 uşaq həlak olub, 2 yaşdan kiçik 51 uşaq yaralanıb. 18 yaşdan kiçik itkilərin ümumi sayı 1401-dir.
Digər tərəfdən, ABŞ və İsrailin hücumları nəticəsində 18 İran tibb işçisi həlak olub, 101 tibb işçisi yaralanıb.
Hücumlar zamanı 37 tibb müəssisəsi, 180 ilk yardım məntəqəsi, 47 təcili yardım stansiyası və 36 təcili yardım maşını zərər görüb.
Tətbiqimizi yükləyə bilərsiniz