Yamal Mbappenin rekordunu yenilədi


“Barselona”nın ispan yarımmüdafiəçisi Lamin Yamal Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda qol vuraraq, rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Məlumata görə, bununla da Yamal Çempionlar Liqasında 10 qol vuran ən gənc oyunçu olub.
“Opta”nın məlumatına görə, o, bu uğura 18 yaş 248 günlüyündə nail olub.
Beləliklə, Yamal bu nailiyyəti 18 yaş 350 günlüyündə əldə edən Kilian Mbappenin rekordunu yeniləyib.
Qeyd edək ki, 2025/26 mövsümünün Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” “Nyukasl”ı 7-2 hesabı ilə məğlub edib.
İki matçın ümumi hesabı Kataloniya klubunu turnirin 1/4 finalına yüksəldib. “Barselona” 1/4 finalda “Atletiko Madrid”lə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top