
Türkiyənin Sakarya vilayətinin Arifiye rayonunda Azərbaycan vətəndaşı bir və ya bir neçə şəxs tərəfindən döyülüb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, daha sonra o, birinci mərtəbənin eyvanından atılıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 22:30 radələrində Arifiye rayonunun Fatih məhəlləsində baş verib.
KİV-in məlumatına görə, Fatih məhəlləsində sakinlər 30 yaşlı S.A.-nı yerdə hərəkətsiz vəziyyətdə taparaq, təcili tibbi yardım xidmətinə məlumat veriblər.
S.A.-ya kəllə-beyin travması diaqnozu qoyulub, həmçinin onun digər xəsarətlər aldığı bildirilib.
Yaralı gənc təcili yardım işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Sakarya Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz