Azərbaycan təbii qazı Yunanıstana 420, Gürcüstana 115 dollara satıb – Siyahı


Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 4 milyard 380,7 milyon  kubmetr təbii qaz ixrac olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 293 dollar olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə 4 milyard 187 milyon  kubmetr təbii qaz ixrac olunub və 1000 kubmetrin orta gömrük dəyəri 370 dollar təşkil edib.
Qeyd edək ki, ölkənin ümumi ixracında təbii qazın payı 35,1%-ə çatıb. Bu göstərici örən ilin eyni dövründə 32,5% olub.
Onu da bildirək ki, bu ilin yanvar ayında Azərbaycan 8 ölkəyə təbii qaz ixrac edib və 1000 kubmetrin orta gömrük dəyəri aşağıdakı kimi olub:
Yunanıstan – 420,4 dollar;
İtaliya –  389,6 dollar;
Serbiya – 381,4 dollar;
Suriya – 334,3 dollar;
Bolqarıstan –  306,7 dollar;
Türkiyə – 258,3 dollar;
Gürcüstan – 115,3 dollar;
İran – 67,3 dollar.


Məlumat üçün qeyd edək ki, İrana satılan təbii qaz İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə satılır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top