
Səhiyyə Nazirliyi ölkə əhalisinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara çağırış edib.
Yeniavaz.com xəbər verir ki, çağırışda, qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşlara kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmək, əl gigiyenasına riayət etmək, qida qəbuluna diqqət yetirmək, həmçinin gündəlik rasiona vitaminlərlə zəngin məhsullar daxil etmək tövsiyə olunur.
Eyni zamanda yaz mövsümündə hava şəraitinin dəyişkən olmasını nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.
Qeyd olunur ki, hər bir vətəndaş öz sağlamlığına məsuliyyətlə yanaşmalı, həm özünü, həm də ətrafındakı insanları qorumalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz