Pentaqon İran əməliyyatı üçün 200 milyard dollardan çox maliyyə tələb edir


ABŞ ordusu İrana qarşı əməliyyatı davam etdirmək üçün 200 milyard dollardan çox vəsait tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrdə qeyd edildiyi kimi, Pentaqon Ağ Evdən İrandakı müharibənin maliyyələşdirilməsi üçün Konqresdən 200 milyard dollardan çox vəsait tələb olunmasını təsdiqləməsini istəyib.
Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi bu vəsaitlərin bir hissəsini ABŞ və İsrail qüvvələrinin son üç həftə ərzində minlərlə hədəfə zərbə endirməsindən sonra ehtiyatları tükənən vacib silahların istehsalını təcili olaraq artırmaq üçün istifadə etmək istəyir.
Məqalədə qeyd olunur ki, Ağ Evin qanunvericilərdən nə qədər məbləği təsdiqləməsini istəyəcəyi hələ də dəqiq deyil.
Vaşinqton administrasiyasının bəzi rəsmiləri hesab edirlər ki, bu ehtiyaclar üçün 200 milyard dollar ayrılması real deyil.
Nəşr Pentaqonun bu vəsaitləri təmin etmək cəhdinin konqresdə böyük siyasi mübarizəyə səbəb olacağını qeyd edir. Misal olaraq, məqalədə ABŞ Konqresinin 2025-ci ilin dekabr ayına qədər Ukraynaya yardım üçün ümumilikdə 188 milyard dollar maliyyələşdirməni təsdiqlədiyi qeyd olunur.
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett 15 martda “CBS News” telekanalına verdiyi müsahibədə bildirib ki, Vaşinqton administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün Konqresdən əlavə maliyyələşdirmə tələb edib-etməməyi nəzərdən keçirir. O, həmçinin bildirib ki, ABŞ ilk bir neçə gündə hərbi əməliyyatlara təxminən 12 milyard dollar xərcləyib.

DİGƏR XƏBƏRLƏR

Top