
İsrail ordusu 28 fevralda “Aslanın nəriltisi” əməliyyatının başlamasından bəri ilk dəfə olaraq İranın şimalındakı hədəflərə zərbələr endirməyə başladığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidmətinin bəyanatında öz əksini tapıb.
İDF mətbuat xidməyinin məlumatına görə, əməliyyat çərşənbə günü axşam saatlarında İranın İsrailə qarşı başlatdığı hərbi əməliyyatdan sonra həyata keçirilib.
“İsrail Hərbi Hava Qüvvələri Hərbi Dəniz Qüvvələri və İsrail Müdafiə Qüvvələrindən gələn kəşfiyyat məlumatlarına əsasən, “Aslanın Nəriltisi” əməliyyatı zamanı ilk dəfə İranın şimalındakı hədəflərə zərbələr endirməyə başlayıb”, - İDF mətbuat xidməti bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz