Tramp İranla müharibədə Yaponiyadan kömək istəyə bilər


ABŞ Prezidenti Donald Tramp İranla müharibədə Yaponiyadan kömək istəyə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu iddia ilə “Reuters” çıxış edib.
Bildirilir ki, Prezident Donald Tramp cümə axşamı günü Yaponiyanın baş naziri Sanae Takaiçi ilə Ağ Evdə keçiriləcək görüşdən İrana qarşı müharibədə kömək üçün təzyiq göstərmək məqsədilə istifadə edə bilər.
Nəşr yazır ki, bu addım Tokionun müharibədə hansı mövqedə dayanacağına tam qərar vermədiyi bir vaxtda Takaiçi çətin vəziyyətə sala bilər.
“Tramp ABŞ-İsrail hərbi kampaniyasına ilıq dəstəklərinə görə müttəfiqlərini tənqid edib və ABŞ-nin heç bir köməyə ehtiyacı olmadığını bildirib. Bununla belə, o, hələ də daha çox gəminin minaları təmizləməsi və tankerləri Hörmüz boğazından keçirməsi üçün cəlb edilməsinə çalışır. Boğaz İran tərəfindən bağlanıb”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top