“Qalatasaray” uduzdu, ÇL ilə vidalaşdı – Video


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmasında Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərədə “Liverpul”un qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, “Qalatasaray” Çempionlar Liqasında mübarizəni dayandırıb.
Xatırladaq ki, ilk oyunda İstanbul təmsilçisi rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazanmışdı.

Ötən gün baş tutan digər oyunların nəticəsi isə belə olub:
“Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) 7:2 / Ümumi hesab – 8:3;
“Bavariya” (Almaniya) – “Atalanta” (İtaliya) 4:1 / Ümumi hesab – 10:2;
“Tottenhem” (İngiltərə) – “Atletiko” (İspaniya) 3:2 / Ümumi hesab – 5:7.

DİGƏR XƏBƏRLƏR

Top