Ceyhun Bayramovla Hakan Fidan arasında görüş keçirildi


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, C. Bayramov Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top