
İran hakimiyyəti İsrailin Cənubi Pars qaz yatağına zərbə endirdiyi barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, bu, ABŞ və İsrail ilə müharibənin başlamasından bəri İranın enerji infrastrukturuna ilk zərbədir və münaqişənin əhəmiyyətli dərəcədə gərginləşməsinə səbəb ola bilər.
İran rəsmiləri Cənubi Parsdakı neft-kimya kompleksinin dörd hissəsinin zədələndiyini və müvəqqəti olaraq bağlandığını bildiriblər, lakin zərərin tam miqyası hələ də məlum deyil.
Cənubi Parsa hücumdan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) digər Körfəz ölkələrindəki neft və qaz obyektlərinə zərbələr endirməklə hədələyib. SEPAH Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki konkret obyektləri sadalayıb və yaxın saatlarda onlara hücum edəcəyinə söz verib.
Yatağın şimal hissəsinə nəzarət edən Qətər də Cənubi Parsa zərbəni pisləyib:
“İsrailin Cənubi Parsla əlaqəli obyektlərə zərbələri regionda hərbi eskalasiya fonunda təhlükəli və məsuliyyətsizdir. Həyati əhəmiyyətli infrastruktura hücumların qarşısının alınmasının vacibliyini bir daha təkrarlayırıq”.
Tətbiqimizi yükləyə bilərsiniz