Tramp yüzillik qanunu 60 günlük dayandırdı


ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginlik fonunda artan yanacaq qiymətlərinin qarşısını almaq üçün dəniz nefti daşınmalarına müvəqqəti güzəşt tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat yayıb.
Bildirilib ki, söhbət ABŞ limanları arasındakı bütün yüklərin ABŞ istehsalı olan, ABŞ bayrağı altında üzən və yerli heyətlə təchiz olunmuş gəmilərlə daşınmasını tələb edən Cons Aktından gedir.
60 günlük güzəşt neft, təbii qaz, gübrə və kömürün ölkənin limanlarına maneəsiz çatdırılmasına imkan verəcək.
Levitt vurğulayıb ki, Trampın qərarı neft bazarındakı qısamüddətli pozuntuların qarşısını almağa yönəlib. Onun sözlərinə görə, administrasiya vacib təchizat zəncirlərini gücləndirməyə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top