
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada bir sıra dövlət rəsmiləri ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentlərinin telefon danışığından sonra Parisdə Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarları ilə məhsuldar görüş keçirib:
“İkitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər haqqında fikir mübadiləsi apardıq”.
Following the phone call between President Ilham Aliyev and President Emmanuel Macron, I had a productive meeting in Paris with Presidential Diplomatic Advisor Emmanuel Bonne and other French colleagues.
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 18, 2026
We exchanged views on bilateral relations, regional and global issues of… pic.twitter.com/rkDnbqFToj
Tətbiqimizi yükləyə bilərsiniz