Qeyri-neft sektorunda cari əməliyyatlar balansının kəsiri 10,4 milyard dollar olub

bu il azərbaycana ən çox valyuta gətirən şirkətlər – siyahı
Ötən il Azərbaycanın cari əməliyyatlar balansında 3 milyard 475 milyon dollar həcmində profisit yaranıb.
Yeniavaz.com
xəbər verir ki, cari əməliyyatlar balansı üzrə neft-qaz sektorunda 13 milyard 832 milyon dollar profisit, digər sektorlarda (qeyri-neft-qaz) isə 10 milyard 357 milyon dollar kəsir qeydə alınıb.
Qeyd edək ki, əvvəlki illə müqayisədə ötən il neft-qaz sektorunda cari əməliyyatlar balansının profisiti 8,1%, digər sektorlarda isə cari əməliyyatlar balansının kəsiri 0,3% azalıb. Nəticədə cari əməliyyatlar balansının profisiti 2024-cü illə müqayisədə 2025-cü ildə 25,6% azalıb.
Onu da qeyd edək ki, qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansı əvvəlki illərdə də kəsrlə başa çatıb.
Son 11 ildə qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri aşağıdakı kimi olub:
2015-ci il – 6,77 milyard dollar;
2016-cı il – 5,76 milyard dollar;
2017-ci il – 5,7 milyard dollar;
2018-ci il – 6,8 milyard dollar;
2019-cu il – 7,1 milyard dollar;
2020-ci il – 5,3 milyard dollar;
2021-ci il – 5,7 milyard dollar;
2022-ci il – 5,2 milyard dollar;
2023-cü il – 8,76 milyard dollar;
2024-cü il – 10,38 milyard dollar;
2025-ci il – 10,36 milyard dollar.

Məlumat üçün bildirək ki, cari əməliyyatlar hesabı tədiyyə balansının əsas bölmələrindən biridir və bir ölkənin xarici dünya ilə olan iqtisadi əməliyyatlarını əks etdirir. Buraya mal və xidmətlərin ticarəti, gəlirlər və transferlər daxildir.
Cari əməliyyatlar balansında profisitin (müsbət saldo) olması ölkənin xaricdən daha çox gəlir əldə etdiyini göstərir, bu da iqtisadiyyata və milli valyutaya müsbət təsir edir. Kəsir (mənfi saldo) isə ölkənin xaricə daha çox pul ödədiyini göstərir, bu da xarici borclanmanı artıra və milli valyutanın zəifləməsinə səbəb ola bilər. Bu baxımdan cari əməliyyatlar balansının uzunmüddətli kəsiri ölkə iqtisadiyyatı üçün risklər yarada bilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top