
Çin və bir neçə başqa ölkə Yaxın Şərqdəki münaqişənin həllində vasitəçi kimi çıxış edə bilər.
Yeniavaz.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə”yə verdiyi müsahibədə bildirib.
“Mənim fikrimcə, bir neçə ölkə, o cümlədən Çin vasitəçi kimi çıxış edə bilər. Çin İran və Səudiyyə Ərəbistanı arasında uğurla və müsbət vasitəçilik edib və əminəm ki, hər iki ölkə o zaman əldə edilən razılaşmalara əməl edəcək”, - İran naziri bildirib.
Onun sözlərinə görə, İran Tehranın tələblərinə cavab verən razılaşma ilə bağlı istənilən təklifi dinləməyə hazırdır:
“Tələblərimizə cavab verən və şərtlərimizə uyğun olan istənilən təklifi dinləyəcəyik”.
Tətbiqimizi yükləyə bilərsiniz