“Samsung” rəsmi olaraq üçqatlanan telefonundan imtina etdi


“Samsung” “Galaxy Z TriFold” qatlanan smartfonunun satışa çıxarılmasından cəmi üç ay sonra istehsalının dayandırıldığını rəsmi olaraq təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Samsung” nümayəndəsi şayiələri təsdiqləyərək, bahalı üçqatlanan telefonun istehsalının həqiqətən dayandırıldığını bildirib.
Qeyd edilib ki, son partiyadan qalan qurğular Cənubi Koreya da daxil olmaqla əsas bazarlarda satılacaq və bundan sonra modelin istehsalı birdəfəlik dayandırılacaq.
Yüksək istehsal xərcləri bu qərarın əsas amili olub. Şirkətin məlumatına görə, “Galaxy Z TriFold” əvvəldən bahalı idi və yaddaş bazarı böhranı fonunda komponent qiymətlərinin artması təzyiqi artırıb.

DİGƏR XƏBƏRLƏR

Top