
“Azərbaycan benzininin keyfiyyəti ilə bağlı bizə şikayət daxil olmayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Armlur.am” saytına verdiyi müsahibədə bildirib.
“Amma bununla belə keyfiyyət tədqiqatları və yoxlamaları aparırıq. Üstəlik, Ermənistana gələn istənilən benzin yoxlamadan keçir. Azərbaycan benzininin keyfiyyəti yüksəkdir”, - erməni nazir qeyd edib.
Bundan əlavə, o, Avropa benzini satdığını iddia edən, amma əslində Azərbaycan benzini satan bir şirkət olduğunu da bildirib.
“Biz çox aydın bir məqsəd qoymuşuq: ya şirkət öz benzinini Azərbaycan benzini kimi bəyan etməlidir, ya da onu heç cür sata bilməz”, - Papoyan qeyd edib.
Qeyd edək ki, ötən ilin dekabrında sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz