Azərbaycana ən çox hansı ölkələr investisiya yatırıb? – Tam siyahı


2025-ci ildə xarici ölkələr tərəfindən Azərbaycan iqtisadiyyatına 6 milyard 595,3 milyon dollar birbaşa investisiya yatırılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyalar əvvəlki illə müqayisədə 6,6% və ya 450,9 milyon dollar azalıb.
Belə ki, 2024-cü ildə bu göstərici 7 milyard 46,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın əsas investor ölkəsi yenə də Böyük Britaniya olub. Bu ölkədən daxil olan investisiyalar cüzi azalaraq 1 milyard 748,8 milyon dollardan 1 milyard 735,8 milyon dollara düşsə də, ümumi investisiyalarda payı artaraq 26,3%-ə yüksəlib.
Türkiyədən Azərbaycana yatırılan investisiyalar isə artaraq 1 milyard 219 milyon dollardan 1 milyard 230,8 milyon dollara çatıb. Eyni zamanda, Kiprdən daxil olan sərmayə də bir qədər artaraq 751,1 milyon dollar olub.
Əvəzində Macarıstandan daxil olan investisiyalar kəskin azalaraq 1 milyard 18,6 milyon dollardan 366,4 milyon dollara düşüb. Birləşmiş Ərəb Əmirliklərindən yatırımlar da azalaraq 490,2 milyon dollardan 404,8 milyon dollara enib.
Bununla yanaşı, İsveçrədən daxil olan investisiyalar əhəmiyyətli dərəcədə artaraq 64,4 milyon dollardan 326,4 milyon dollara yüksəlib. ABŞ-dən yatırımlar da artaraq 149,8 milyon dollardan 204,4 milyon dollara çatıb.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin siyahısı aşağıdakı kimi olub:
Böyük Britaniya – 26,3% (1 milyard 735,8 milyon dollar);
Türkiyə – 18,7% (1 milyard 230,8 milyon dollar);
Kipr – 11,4% (751,1 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 6,1% (404,8 milyon dollar);
İran – 5,7% (375,3 milyon dollar);
Macarıstan – 5,6% (366,4 milyon dollar);
İsveçrə – 4,9% (326,4 milyon dollar);
Rusiya – 4,1% (267,8 milyon dollar);
Yaponiya – 3,7% (245,5 milyon dollar);
ABŞ – 3,1% (204,4 milyon dollar);
Fransa – 2,0% (134,3 milyon dollar);
Gürcüstan – 1,4% (91,3 milyon dollar);
Hindistan – 0,8% (56 milyon dollar);
Niderland – 0,5% (33,4 milyon dollar);
İsveç – 0,5% (33,1 milyon dollar);
Finlandiya – 0,5% (30,4 milyon dollar);
Qazaxıstan – 0,4% (29,4 milyon dollar);
Çin – 0,4% (26,9 milyon dollar);
Almaniya – 0,4% (26,3 milyon dollar);
Avstriya – 0,4% (23,8 milyon dollar);
İtaliya – 0,3% (22 milyon dollar);
Estoniya – 0,2% (15 milyon dollar);
Qırğızıstan – 0,2% (13 milyon dollar);
Filippin – 0,2% (12,9 milyon dollar);
Lüksemburq – 0,2% (10,1 milyon dollar);
Belarus – 0,1% (7,9 milyon dollar);
Asiya İnkişaf Bankı – 0,1% (7,4 milyon dollar);
Latviya – 0,1% (6,9 milyon dollar);
Serbiya – 0,1% (6,5 milyon dollar);
Digər dövlətlər – 1,5% (100,6 milyon dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top