
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrlə ticarət dövriyyəsi 796,2 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 262,9 milyon dolları ixracın, 533,4 milyon dolları isə idxalın payına düşüb.
Qeyd edək ki, MDB ölkələrinə ixrac ölkənin ümumi ixracının 7,2%-ni, idxal isə 20,5%-ni təşkil edib. Həm ixracda, həm də idxalda ən böyük pay Rusiyanın olub. Yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 157,8 milyon dollar dəyərində məhsul ixrac edilib. Rusiyadan isə 342,2 milyon dollar dəyərində məhsul idxal olunub.
Məlumat üçün onu da bildirək ki, bu ilin ilk iki ayı ərzində Azərbaycandan Ermənistana 4 milyon 220,3 min dollar dəyərində məhsul ixrac olunub. Ölkənin ümumi ixracında Ermənistanın payı 0,12% təşkil edib. İxracın 2 milyon 403,6 min dolları yanvar ayında, 1 milyon 816,7 min dolları isə fevral ayında həyata keçirilib.
Onu da qeyd edək ki, Azərbaycan Ermənistana ötən ilin dekabr ayından etibarən məhsul ixrac etməyə başlayıb. Dekabr ayında Ermənistana 788,8 min dollar dəyərində 1 210,28 ton “Aİ-95” markalı benzin ixrac edilib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələrinə ixrac göstəriciləri aşağıdakı kimi olub:
Rusiya – 157,8 milyon dollar;
Ukrayna – 29,3 milyon dollar;
Qazaxıstan – 24,3 milyon dollar;
Özbəkistan – 19,4 milyon dollar;
Belarus – 11,7 milyon dollar;
Qırğızıstan – 8,7 milyon dollar;
Ermənistan – 4,2 milyon dollar;
Türkmənistan – 3,8 milyon dollar;
Tacikistan – 3,2 milyon dollar;
Moldova – 0,4 milyon dollar.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz