İranın kəşfiyyat naziri öldürüldü – Yenilənib


İranın kəşfiyyat naziri İsmail Xətib Tehranda İsrailin hava hücumu nəticəsində öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Ölkənin müdafiə naziri İsrael Katz bildirib ki, hücum 18 mart gecəsi baş verib.
Onun sözlərinə görə, Xətib İsrailə qarşı xarici təhdidlərin yayılmasına töhfə verib.
Katz həmçinin bu gün əhəmiyyətli sürprizlərin gözlənildiyini əlavə edib.

***12:56 
İsrail Müdafiə Qüvvələri (IDF) Tehranda gecə hava hücumu zamanı İranın kəşfiyyat naziri İsmayıl Xətibi hədəf alıb.
Yeniavaz.com
xəbər verir ki, zərbə barədə ilk olaraq “Iran International” portalı məlumat yayıb.
Qısa müddət sonra isə məlumat İsrail rəsmisi tərəfindən təsdiqlənib.
Hazırda İsrail hücumun nəticələrini araşdırır.
İran tərəfdən heç bir rəsmi məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top