“Laricaninin ölümü İranın sabitliyinə təsir etməyəcək” – Əraqçi


“İran sabit siyasi sistemə malikdir və Əli Laricaninin ölümü onun sabitliyinə təsir göstərməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına Laricaninin ölümünü şərh edərkən bildirib.
“İran siyasi, iqtisadi və sosial institutlarla formalaşmış güclü və sabit siyasi sistemə malikdir. Tək bir şəxsin varlığı və ya yoxluğu bu strukturu sarsıda bilməz”, - deyə o, qeyd edib.
Əraqçi bildirib ki, sistemdə Ali Rəhbərdən daha vacib bir fiqur yoxdur, lakin onun ölümündən sonra belə hər şey fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top