Azərbaycanın İsrail iqtisadiyyatına yatırdığı investisya 543 milyon dollara yüksəlib – Siyahı


Ötən il Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 2 milyard 528,1 milyon dollar birbaşa investisiya yatırıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar əvvəlki illə müqayisədə 43,4% və ya 765,4 milyon dollar artıb.
Belə ki, 2014-cü ildə bu göstərici 1 milyard 762,7 milyon dollar olub.
Qeyd edək ki, artım əsasən İsrail iqtisadiyyatına yönəldilən sərmayə ilə bağlı olub. 2024-cü ildə İsrailə 400 min dollar investisiya qoyulduğu halda, ötən il həmin göstərici 543 milyon dollara yüksəlib. Nəticədə Azərbaycanın xaricə yatırdığı birbaşa investisiyaların 21,5%-i İsrailin payına düşüb.
Əvəzində isə Birləşmiş Ərəb Əmirliklərinə yatırımlar azalıb. 2024-cü ildə bu ölkəyə 457,5 milyon dollar sərmayə qoyulduğu halda, 2025-ci ildə bu göstərici 329,1 milyon dollara düşüb.
Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiya isə artaraq 248,9 milyon dollardan 345 milyon dollara yüksəlib.
2025-ci ildə Azərbaycanın investisiya yatırdığı ölkələrin siyahısı aşağıdakı kimi olub:
İsrail – 21,5% (543 milyon dollar);
Türkiyə – 13,6% (345 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 13% (329,1 milyon dollar);
Böyük Britaniya – 8,4% (212,3 milyon dollar);
Gürcüstan – 7,1% (179,5 milyon dollar);
ABŞ – 5,2% (130,2 milyon dollar);
İtaliya – 4,9% (125,1 milyon dollar);
Özbəkistan – 4,5% (114,9 milyon dollar);
Almaniya – 2,4% (61,7 milyon dollar);
İspaniya – 2,3% (57,2 milyon dollar);
Rusiya – 2,1% (52,8 milyon dollar);
İsveçrə – 1,5% (37,8 milyon dollar);
Fransa – 1,1% (28,3 milyon dollar);
Avstraliya – 1% (25,1 milyon dollar);
İsveç – 0,8% (21,1 milyon dollar);
Honkonq – 0,8% (20,8 milyon dollar);
Yaponiya – 0,6% (16,2 milyon dollar);
Səudiyyə Ərəbistanı – 0,6% (15,8 milyon dollar);
Oman – 0,6% (14,1 milyon dollar);
Sinqapur – 0,5% (13,2 milyon dollar);
Qırğızıstan – 0,5% (12,9 milyon dollar);
Koreya Respublikası – 0,5% (12,5 milyon dollar);
Danimarka – 0,5% (11,6 milyon dollar);
Finlandiya – 0,5% (11,5 milyon dollar);
Yeni Zelandiya – 0,4% (11,4 milyon dollar);
Çin – 0,4% (10 milyon dollar);
Qazaxıstan – 0,3% (8,1 milyon dollar);
Peru – 0,3% (8 milyon dollar);
Digər dövlətlər – 2,9% (74 milyon dollar).

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top