
İranın Buşehr Atom Elektrik Stansiyası ABŞ və ya İsrailin raket zərbəsinə məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Məlumatda dağıntı, ya da tələfat barədə məlumat verilməyib.
“Buşehr Atom Elektrik Stansiyasına düşmən mərmisinin düşməsi nəticəsində heç bir maddi-texniki ziyan və ya insan tələfatı qeydə alınmayıb və stansiyanın heç bir hissəsinə zərər dəyməyib”, - təşkilat qeyd edib.
Hücumu Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) də təsdiqləyib.
Hücumun çərşənbə axşamı Bakı vaxtı ilə 18:30 radələrində baş verdiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz