Laricani ilə birlikdə oğlu da ölübmüş..


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə nəticələnən hücumda oğlu Mürtəza Laricani və təhlükəsizlik xidmətinin rəhbəri Sərdar Nejad da dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Digər tərəfdən, İran hakimiyyəti İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ və İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
Bu barədə məlumat siyasətçinin “Telegram” kanalında dərc olunmuş bəyanatda öz əksini tapıb.
“Fars” agentliyi isə Laricaninin dəfn mərasiminin martın 18-də Tehranda keçiriləcəyini bildirib.
Agentliyin məlumatına görə, Laricani martın 17-də həlak olan “Bəsic” milis qüvvələrinin komandiri, general-mayor Qulamrza Süleymani və 4 martda ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının zərbəsi nəticəsində Şri-Lanka sahillərində batan “IRIS Dena” hərbi gəmisinin heyət üzvləri ilə birlikdə dəfn olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top