
Seneqal milli futbol komandası 2026-cı il Afrika Millətlər Kubokunun finalında Mərakeşlə oyunda baş verənlərə görə cəzalandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb.
“Afrika Futbol Konfederasiyasının Apelyasiya Şurası bu gün Afrika Millətlər Kuboku qaydalarının 84-cü maddəsinə uyğun olaraq, Seneqal milli komandasının final matçında 0-3 hesabı ilə məğlub olduğuna qərar verib. Mərakeş Futbol Federasiyası tərəfindən verilən apelyasiya qəbul edilən hesab edilib və təmin edilib”.
Bununla da, Seneqal millisi finalda 0:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, 3:0 hesablı texniki məğlubiyyətlə üzləşib və Mərakeş komandası turnirin qalibi elan edilib.
Xatırladaq ki, final görüşünün 93-cü dəqiqəsində İsmailla Sarrın qolu mübahisəli epizoddan sonra ləğv edilmiş və bir neçə dəqiqə sonra VAR-ın müdaxiləsi ilə Mərakeşin xeyrinə penalti təyin olunmuşdu. Bu qərar seneqallıların kəskin etirazlarına səbəb olmuş və baş məşqçi Pap Tiaunun rəhbərliyi ilə futbolçular bir müddət meydanı tərk etmişdilər. Yalnız kapitan Sadio Manenin müdaxiləsindən sonra komanda oyuna geri dönmüş və görüş Seneqal millisinin minimal hesablı qələbəsi ilə başa çatmışdı.
Baş verənlərdən sonra Mərakeş Futbol Federasiyası CAF-a şikayət məktubu ünvanlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz