Gürcüstan Patriarxı II İlya vəfat etdi


Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 93 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Patriarx səhhətinin pisləşməsi səbəbindən gecə xəstəxanaya yerləşdirilib. O, son saatlarını Qafqaz Tibb Mərkəzinin reanimasiya şöbəsində keçirib.
Qeyd edək ki, II İlya 1977-ci ildən bəri 48 ildən çox Gürcüstan Patriarxı vəzifəsində çalışıb. Bu, Gürcüstan Pravoslav Kilsəsinin tarixində ən uzun patriarxlıqdır. Patriarxın adı Gürcüstan Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası ilə əlaqələndirilir. Ekumenik Patriarxlıq 1990-cı ildə Gürcüstan Kilsəsinin avtokefaliyasını tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top