
“Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb.
Bildirilib ki, “Bizimləsən” və “Rəngarəng” verilişləri efirdən çıxarılıb.
Kanalın mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, məlumat doğrudur:
“Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib”.
Eyni zamanda, mənbələrdən əldə edilən digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz