DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı − Video


Bu ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyava barədə müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.
Yeniavaz.com
 xəbər verir ki, İTV Prezident İlham Əliyevin ailəsinə qarşı həyata keçirilən şər kampaniyası ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin materiallarına əsaslanan araşdırma hazırlayıb. 
Məlumatda deyilir ki, bloqerlərin qarayaxma və böhtan kampaniyasına başlaması ilə eyni vaxtda Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış mobil nömrə ilə əlaqə saxlamağa çalışır.
Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir.
Faktla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi üzrə cinayət işi açılır.
Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S saxlanılır. O, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışır.
Qeyd edək ki, həmin şəxslə bağlı məhkəmə hökmü olmadığından onun kimliyi hələlik anonim saxlanılır.
Daha ətraflı videomaterialda:

DİGƏR XƏBƏRLƏR

Top