Qazaxıstan Konstitusiyasında dəyişiklik edildi


Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanadakı iqamətgahında keçirilən mərasimdə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Referendum yolu ilə qəbul edilən Konstitusiya 1 iyulda qüvvəyə minəcək. 1995-ci il Konstitusiyası da həmin tarixdən etibarən qüvvədən düşəcək.
Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 15 martda keçirilən referendumda seçicilərin 87%-i yeni Konstitusiyanı dəstəkləyib. Seçkilərdə iştirak edənlərin sayı 73%-dən bir qədər çox olub. Cəmi 22 gün ərzində hazırlanan yeni Konstitusiya dövlət strukturunda geniş dəyişikliklər edir, o cümlədən prezidentin səlahiyyətlərini gücləndirir.
Bundan əlavə, qəbul edilmiş sənəd milli qanunu beynəlxalq hüquqdan üstün tutur, siyasi partiyaların digər ölkələrdən maliyyə vəsaiti qəbul etməsini qadağan edir, nikah anlayışını kişi ilə qadın arasında birlik kimi təsbit edir və dövlət strukturlarında rus dilinin istifadəsini tənzimləyir.

DİGƏR XƏBƏRLƏR

Top