
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı davam edən hərbi əməliyyatlar fonunda İran xalqına Novruz bayramı münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında İran xalqına ünvanladığı videomüraciət paylaşılıb.
O, onlara ailəsi və dostları ilə gözəl bir bayram arzulayıb:
“Bu il bu bayramın xüsusi bir mənası var. Onu dostlarınız, ailəniz və yaxınlarınızla qeyd edin. Əziz dostlar, fürsətdən istifadə edərək, hamınız üçün azadlıq ili və yeni bir ümid başlanğıcı olan Novruz bayramı arzulayıram”.
Tətbiqimizi yükləyə bilərsiniz