Rusiya və Almaniya ilə ticarət dövriyyəsində kəskin azalma olub


Bu ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon 30,6 min dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 3 milyard 664 milyon 899 min dollarını ixrac, 2 milyard 599 milyon 131,5 min dollarını idxal təşkil edib.
Əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ilin ilk iki ayında İtaliyaya 1 milyard 813 milyon 454 min dollar dəyərində məhsul (xam neft) ixrac olunub.
Xarici ticarət dövriyyəsində Azərbaycanın 6 əsas ticarət tərəfdaşı olan ölkələr aşağıdakı kimi olub:
İtaliya – 1 813 454,4 min dollar;
Türkiyə  – 877 117,5 min dollar;
Çin – 779 409,1 min dollar;
Rusiya – 499 979,4 min dollar;
Gürcüstan – 176 596,4 min dollar;
Almaniya – 175 525,3 min dollar.


Onu da qeyd edək ki, Rusiya və Almaniya ilə ticarət dövriyyəsində kəskin azalma olub. Belə ki, ötən ilin ilk iki ayıda Rusiya ilə ticarət dövriyyəsi 997 milyon 941 min, Almaniya ilə ticarət dövriyyəsi isə 485 milyon 359,6 min dollar təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top