
Bu ilin ilk iki ayı ərzində Azərbaycana 267 milyon 388,8 min dollar dəyərində 11 min 933 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin bir ədədinin orta gömrük dəyəri 22 min 407 dollar (38 min 92 manat) olub.
Qeyd edək ki, idxal olunan avtomobillərin 5 min 777 ədədi və ya 48,4%-ni hibrid avtomobillər təşkil edib. Hesabat dövründə idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 20 min 500 dollar (34 min 851 manat) təşkil edib.
Yalnız elektrik enerjisi ilə işləyən avtomobillərin sayı 204 ədəd, orta gömrük dəyəri isə 24 min 960 dollar (42 min 433 manat) olub.
Xatırladaq ki, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib. Lakin, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid avtomobillərə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.
Onu da bildirək ki, hibrid avtomobillərə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin ləğv olunması idxala təsirsiz ötüşməyib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədsə bu ilin ilk iki ayında idxal olunan hibrid avtomobillərin sayı 1 800 ədəd və ya 23,7% azalıb. İdxal edilən hibrid avtomobillərin orta gömrük dəyəri isə 1 200 dollar və ya 6,2% artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz