“Aİ-95” markalı benzini hansı ölkələrdən və neçəyə alırıq? – Siyahı


Bu ilin yanvar ayı ərzində xarici ölkələrdən Azərbaycana 20 min 59,75 ton “Aİ-95” markalı benzin idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 17 milyon 408,5 min dollar olub.
Apardığımız hesablamalar göstərir ki, yanvar ayında ölkəyə gətirilən “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 66 sentə (1,12 manat) bərabər olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə builkindən təxminən 2 dəfə az – 10,3 min ton “Aİ-95” markalı benzin idxal olunub və 1 litrinin gömrük dəyəri 63 sent (1,07 manat) olub.
Qeyd edək ki, Azərbaycan bu ilin yanvar ayında “Aİ-95” markalı benzini aşağıdakı ölkələrdən idxal edib:
Birləşmiş Ərəb Əmirlikləri – 7 357,58 ton (1 litr – 1,11 manat);
Yunanıstan – 5 508,62 ton (1 litr – 1,16 manat);
Belarus – 4 946,7 ton (1 litr – 1,12 manat);
Rumıniya – 2 246,85 ton (1 litr – 1,14 manat);


Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Azərbaycandan Ermənistana 1 743,22 ton “Aİ-95” markalı benzin ixrac edilib. Ermənistana satılan “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri isə 87 qəpik (51 sent) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top